EN

TƏCİLİ! Kilsə-Paşinyan davası PİK HƏDDƏ – Ermənistan qarışa bilər 

“Biz, aşağıda imzası olan Erməni Apostol Kilsəsinin arxiyepiskopları və yepiskopları, Eçmiədzinin Ana Taxtına və bütün ermənilərin katolikosu II Qareginə qeyd-şərtsiz övlad sədaqətimizi bildiririk”.

NOCOMMENT.az bildirir ki, bu barədə 27 yepiskop və arxiyepiskopun yaydığı bəyanatda deyilir.

Bəyanatda daha sonra qeyd edilir: “Biz kilsədaxili məsələləri siyasi müdaxilə yolu ilə həll etmək cəhdini qəbuledilməz və təhlükəli hesab edirik.

Müqəddəs liturgiya zamanı bütün ermənilərin katolikosunun adının hallandırılması qəbuledilməzdir.

Biz əminik ki, Müqəddəs Kilsəmizin birliyi və sülhü şəxsi, qrup və ya digər maraqları üstələyir və məhəbbət, həqiqət və ədalət birliyi vasitəsilə möhkəmlənəcək. Əminik ki, yepiskopluğun birgə səyləri ilə biz Müqəddəs Kilsəmizin xeyrinə effektiv həllər tapacağıq” – bəyanat müəllifləri bildirib.

Paşinyan–Kilsə qarşıdurması kütləvi iğtişaşlara səbəb ola bilərmi? Cəmiyyətdə kilsənin nüfuzu bu proseslərə hansı təsiri göstərə bilər? Bu gərginliyin fonunda Ermənistan daxilində hakimiyyət dəyişikliyi ehtimalı real görünürmü?

Fikrət Nəsrəddinzadə

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Fikrət Nəsrəddinzadə bildirib ki, hazırda Ermənistan daxilində kilsə-hakimiyyət qarşıdurması təkcə ideoloji mübahisə deyil, həm də güc mərkəzləri arasında nüfuz savaşına çevrilib:

“2020-ci ildə Qarabağ uğrunda ikinci müharibədən sonra kilsə eks-prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın təmsil olunduğu müxalifəti açıq şəkildə dəstəkləyib. Buna görə qarşıdurmanı həm də hakimiyyət uğrunda mübarizə hesab etmək olar. Parlament seçkiləri yaxınlaşdıqca Baş nazir Nikol Paşinyanın rəqiblərinə qarşı siyasəti daha da sərtləşir və bu səbəbdən Paşinyan  kilsəni də hədəf seçib”.

F.Nəsrəddinzadənin sözlərinə görə, Ermənistan Konstitusiyanın 18-ci maddəsi Paşinyana dolayısı ilə kilsənin fəaliyyətinə nəzarət etmək imkanı yaradır:

“Həmin qaydaya görə, Ermənistan Respublikası ilə Erməni Apostol Müqəddəs Kilsəsi arasında münasibətlər qanunla tənzimlənə bilər. Bu müddəa tərəflər arasında hüquqi öhdəlikləri müəyyən etməklə yanaşı, Paşinyana kilsənin qanunu pozduğunu əsas gətirərək siyasi təzyiq mexanizmlərini işə sala bilər.

Gətirilən faktlar, fikirlər onu deməyə əsas verir ki, Ermənistan öz tarixinin ən gərgin dövrünə qədəm qoyur”.

Siyasi şərhçi qeyd edib ki, gələn il keçiriləcək seçkilərə qədər bu gərginlik də pik həddə çata bilər:

“Kilsə-lobbi və Rusiya iqtidarının Paşinyan iqtidarına qarşı hücumlarının artacağı, hətta yuxarıda iddia edildiyi kimi, Paşinyanın fiziki cəhətdən aradan götürülməsi də mümkün ola bilər. Məxfi görüşlər keçirir, hakimiyyəti devirmək üçün yeni-yeni planlar cızırlar. Bu səbəbdən də qarşıdakı günlərin, ayların Paşinyan hakimiyyəti üçün gərgin keçəcəyini güman etmək olar”.

Chosen
57
nocomment.az

1Sources