EN

Azərbaycan QHT lərinin digər ölkələrin QHT lərlə intensivləşdirilməsi mühüm hadisədir Politoloq

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Son dövrlərdə Türk dünyasında müxtəlif qurumlar arasında əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Bu əməkdaşlığın qeyri-hökumət təşkilatları (QHT) səviyyəsində də gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”. Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.O əlavə edib ki, qloballaşan dünyada QHT-lərin cəmiyyətdə oynadığı aparıcı rol təqdirəlayiqdir:“Onların fəaliyyətinin düzgün istiqamətləndirilməsi milli təhlükəsizlik baxımından da önəmlidir. Xüsusilə milli dəyərlərə və ruhda fəaliyyət göstərən QHT-lərin Türk dünyası ilə əlaqələrinin gücləndirilməsi, həm milli mənəvi dəyərlərin qorunmasına, həm də ümumtürk həmrəyliyinin möhkəmlənməsinə ciddi töhfə verə bilər. Digər tərəfdən, bəzi ölkələrdə – məsələn, Gürcüstanda – QHT-lər xarici təsirlərə məruz qalaraq cəmiyyətə neqativ təsirlər göstərib. Bu kimi nümunələr göstərir ki, QHT-lərin hansı ideoloji platformaya söykəndiyi və hansı istiqamətdə fəaliyyət göstərdiyi çox önəmlidir”.Politoloq qeyd edib ki, Azərbaycan QHT-lərinin Türk dünyasının digər ölkələrindəki QHT-lərlə əlaqələrinin intensivləşdirilməsi mühüm hadisədir:“Bu əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində addımlar atılmalıdır. Gələcəkdə Türk dünyasının QHT-ləri arasında beynəlxalq forumların təşkili, ortaq layihələrin həyata keçirilməsi və vahid platformada birləşmə kimi təşəbbüslər həm əlaqələri möhkəmləndirər, həm də ortaq ideoloji xətt formalaşdırar. QHT-lərin vahid institusional qurum çərçivəsində fəaliyyət göstərməsi – məsələn, Türk Dövlətləri Təşkilatı çərçivəsində QHT-lərin xüsusi platformasının yaradılması – institusionallaşma baxımından vacib addım ola bilər. Bu, həm əməkdaşlığın koordinasiyasını asanlaşdırar, həm də ortaq maraqlara xidmət edən möhkəm əməkdaşlıq mühitinin formalaşmasına imkan verər”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
demokrat.az

1Sources