EN

Qaraciyər fibrozunun erkən diaqnostikası üçün yeni marker

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Yaponiyanın Osaka Universitetinin tədqiqatçılar qrupu fubulin-5 (FBLN5) adlı zülalı qaraciyər fibrozunun erkən diaqnostikası üçün mümkün marker kimi araşdırıb.

Redaktor.az xəbər verir ki, bu "Gastro Hep Advances" jurnalında dərc edilib.  

Uzunmüddətli qaraciyər iltihabı alkoqol və ya virus infeksiyaları səbəbində toxumaların kollagen lifləri ilə əvəz olunmasına gətirib çıxarır. Bu proses qaraciyər fibrozu adlanır və xroniki hepatit C xəstələri üçün xüsusilə təhlükəlidir: hətta antiviral terapiyadan sonra fibroz irəliləyə bilər. Ağır hallarda vəziyyət sirroza keçə bilər və irəliləmiş fibroz qaraciyər xərçəngi riskinin əsas faktorudur. Buna görə erkən diaqnostika metodlarının hazırlanması həyati əhəmiyyət daşıyır.  

Tədqiqatçılar qaraciyərin aktivləşmiş stellat hüceyrələrini, həmçinin biopsiya olunmuş xroniki hepatit C xəstələrinin plazma və toxuma nümunələrini analiz ediblər. Laboratoriya eksperimentləri göstərib ki, aktivləşmiş stellat hüceyrələri FBLN5 zülalını istehsal etməyə başlayır. 90 biopsiya nümunəsindən 72-də toxumada, 67-də isə qanda FBLN5 aşkarlanıb. Fibrozun dərəcəsi artdıqca FBLN5 səviyyəsi yüksəlib və bu test əvvəlki Kollagen IV tipi testindən daha dəqiq olub.  

Tədqiqatın rəhbəri Misako Santo-Matsuubara qeyd edib ki, qanda FBLN5-in aşkarlanması fibrozun erkən diaqnostikası və qaraciyər xərçəngi riskinin qiymətləndirilməsi üçün yeni üsul ola bilər. Növbəti addım daha dəqiq testin hazırlanması və geniş klinik nümunələr üzərində sınaqdan keçirilməsidir.  

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
1
redaktor.az

2Sources