EN

Rusiyada FaceTimea giriş qadağan olundu

Operativ MM saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyada "Apple"ın "FaceTime" tətbiqinə giriş qadağan edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Nəzarəti Xidməti tərəfindən verilən açıqlamada sentyabr ayından bəri "FaceTime"da yaşanan giriş problemləri ilə bağlı qiymətləndirmələrə yer verilib.

Tətbiq vasitəsilə cinayət törədildiyi iddia edilən açıqlamada belə deyilir: “FaceTime ölkədə terror fəaliyyətlərinin təşkil edilməsi və həyata keçirilməsi, icraçıların cəlb edilməsi və vətəndaşlarımıza qarşı dələduzluq və digər cinayətlərin törədilməsi üçün istifadə olunur.”

Açıqlamada, bu səbəbdən tətbiqə girişin bloklandığı qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
1
operativmm.az

2Sources