EN

Maşının qapısı öz özünə açıldı, və ya müasirlik möcüzəsi VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Bu qısa video sosial şəbəkənin Amerika seqmentində dolaşır. Həftə ərzində videoya milyonlarla baxış olub. 

Avtosfer.az xəbər verir ki, nəhayət, təhlükəsizlik kamerasına düşən videoya aydınlıq gətirilib. Videodan görünür ki, Mini markalı avtomobil Teslanın yanından keçərkən sonuncunun qapısı açılr və keçən maşına cüzi sürtülür. Bəs qapı öz-özünə necə açılıb?

İş burasındadır ki, hər 2 avtomobilin sahibi eyni adamdır. Sahibinin (daha doğrusu mobil telefonunun) yaxınlaşdığını görən Teslanın elektron tanıma sistemi “nəzakətlə” sürücü qapısını açır. Bu zaman digər maşının keçdiyini “görmür”.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
47
avtosfer.az

1Sources