EN

Rusiyanın Zaporojye ilə bağlı iddiası təkzib edildi

BAKI, 4 dekabr. TELEQRAF

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətinin Qulyaypol şəhəri ətrafındakı yaşayış məntəqəsinin ələ keçirilməsi barədə bəyanatı təkzib edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Tməlumat yayıb.

Baş Qərargah bildirib ki, Rusiya Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı fəal şəkildə saxta məlumatlar yayır.

“Xüsusilə, işğalçılar iddia edirlər ki, guya Zaporojye vilayətinin Qulyaypol şəhəri ətrafında yerləşən Dobropillyanı nəzarətdə saxlayırlar. İşğalçıların informasiya hücumları həqiqətə uyğun deyil”, - məlumatda vurğulanıb.

Chosen
50
teleqraf.com

1Sources