EN

HAMAS-ın Şərqi Rafah batalyonunun komandiri öldürülüb

HAMAS-ın Şərqi Rafah batalyonunun komandiri Məhəmməd Cavad Məhəmməd əl-Bavab öldürülüb.

APA xəbər verir ki, bu barədə İsrail ordusu və daxili təhlükəsizlik qüvvələri birgə bəyanat yayıb.

Məlumata görə, batalyon komandiri və onun müavinləri yeraltı infrastrukturdan qaçarkən öldürülüblər.

İsrail ordusu əl-Bavabın 2023-cü il 7 oktyabr hadisələrində HAMAS-ın İsrailə qarşı hücumlarında iştirak etdiyini qeyd edib.

Bəyanatda indiyə qədər İsrail ordusunun Rafah bölgəsində yerləşən yeraltı infrastrukturlarda 40-dan çox HAMAS üzvünü məhv etdiyi bildirilib.

Chosen
98
4
apa.az

5Sources