Bakı. Trend:
Milli Məclisin sədri, 102 saylı Şəmkir şəhər seçki dairəsindənmillət vəkili Sahibə Qafarova videokonfrans formatında seçicilərinnövbəti qəbulunu keçirib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə verilənməlumata görə, görüşdə Milli Məclisin sədri vətəndaşlara ölkəmizdəPrezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəliinkişaf siyasəti və onun prioritetləri, Azərbaycanın əldə etdiyimisilsiz nailiyyətlər barədə məlumat verib.
Həmçinin, ölkəmizin iqtisadi inkişafı fonunda vətəndaşlarınsosial müdafiəsinin gücləndirilməsi, əhalinin yaşayış səviyyəsininyüksəldilməsi istiqamətində görülən tədbirlər seçicilərin diqqətinəçatdırılıb.
Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyatakeçirilən nəhəng yenidənqurma və bərpa işləri, “Böyük Qayıdışa dairDövlət Proqramı”nın uğurla icra olunması, şəhid ailələrinə vəmüharibədə sağlamlığını itirmiş vətəndaşlarımıza yüksək dövlətqayğısı və dəstəyi, həmçinin digər tədbirlər haqqında da məlumatverilib.
Videoqəbulda spiker, Şəmkir şəhərindən, həmçinin rayonun Çinarlıqəsəbəsindən və Təzəkənd kəndindən olan seçicilərin bir sıraməsələlərlə əlaqədar müraciətlərini dinləyib. Müraciətlərdə əksinitapan bəzi məsələlər yerli xarakterli olduğundan, baxılması üçünicra hakimiyyəti nümayəndələrinə istiqamətləndirilib. Digər birqisim müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğulargöndərilib, vətəndaşlara ətraflı izahat verilib.