Pantone Rəng İnstitutu 2026-cı ilin əsas çalarını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.
Pantone 2026-cı ilin rəngi olaraq “Cloud Dancer” (“Bulud rəqqası”) adlı çaları seçib. Mütəxəssislərin sözlərinə görə, neytral ağ rəng səs-küylü dünyaya sakitlik gətirəcək.
“Ətrafımızdakı kakofoniya o qədər güclənib ki, artıq daxili səsimizi eşitməkdə çətinlik çəkirik. Cloud Dancer diqqəti toplamağa yardım edir və bizi kənar yayındırıcı təsirlərdən azad edir”, — deyə Pantone rəhbəri Litris Eysman bildirib.