EN

Neymar Braziliyanı "qarışdırdı"

“Santos”un ulduz futbolçusu Neymar komandasında yenidən parlayıb.

Fanat.Az xəbər verir ki, o, “Yuventude” üzərində 3:0 hesablı qələbədə het-trikə imza atıb və oyunun əsas qəhrəmanı olub.

Braziliya Liqasının başa çatmasına cəmi bir həftə qalmış “Santos” hazırda düşmə xəttinin iki xal üstündə — 15-ci pillədə qərarlaşıb. Bu qələbə komandanın liqada qalmaq şanslarını ciddi şəkildə artırıb.

Neymar isə 2022-ci ilin aprelindən bəri ilk dəfə het-trik edir. Ulduz hücumçu son üç matçda 5 qol və 1 assistlə möhtəşəm statistika göstərir.

Kamil Xudiyev

Chosen
49
1
fanat.az

2Sources