EN

Saşa İliç: "4 oyunluq cəza çox ağır qərardır, çünki heç kimi öldürməmişəm"

"Sumqayıt" Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Difai"ni 3:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu mərhələni keçmək çox vacib idi. Amma qənaətbəxş oyun göstərmədik. Çoxlu səhvlər etdik. Çempionatda belə oynamaq olmaz.

- Gənc futbolçular özlərini yaxşı tərəfdən göstərə bilmədilər. Bu barədə nə deyə bilərsiniz?

- Mən gənc oyunçuların tərəfindəyəm. Düzdür, bəzi səhvlər oldu. Onların potensialları var. Hər birinə güvənirəm. İnanıram ki, gələcəkdə nəticəsi olacaq. Səhvlərin olması normaldır.

- İntizam Komitəsi sizə 4 oyunluq cəza verdi. Buna münasibətiniz necədir?

- Məncə, çox ağır qərardır. Çünki heç kimi öldürməmişəm. Düşünürəm ki, iki oyunluq cəza kifayət edərdi.

- Ayxan Abbasovla mübahisənizin səbəbi nə idi?

- Çox emosional oyun keçmişdi. Bəzi sözləri serb dilində dedim. Sözlərim heç kimə ünvanlanmışdı. Oyundan sonra "Şamaxı"nın baş məşqçisi ilə görüşdüm və bu məsələni həll etdik.

Elçin Əlixan

saytlarin hazirlanmasi

Chosen
177
3
sportal.az

10Sources