EN

Polşanın Azərbaycandakı səfiri Nizami Gəncəvi Muzeyində olub




Polşanın Azərbaycandakı səfiri cənab Pavel Radomski Nizami Gəncəvi Muzeyində

Newscenter.az Mərkəzə istinadən bildirir ki, səfir Mərkəzijn direktoru Teymur Əliyevlə görüşüb.

Görüş zamanı Teymur Əliyev səfirə Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəviyə aid hədiyyə kitab təqdim edib və onun həyatı, yaradıcılığı, ədəbiyyatımıza və mədəniyyətimizə verdiyi töhfələr barədə ona ətraflı məlumat verib.

Görüş zamanı muzeydəki zəngin mədəni irs və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Süleyman
Chosen
54
1
newscenter.az

2Sources