EN

Bakıda eskalator qırıldı - Yaralılar var

Bakıda İncəsənət Gimnaziyasının yaxınlığında yeraltı keçiddə eskalator qırılıb.

"Unikal" Oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə şəxs xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, ünvana təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın) Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Chosen
70
27
unikal.az

10Sources