EN

Serena 140 milyon dollar qazanıb

“Forbes” 2025-ci il üçün hazırladığı hesabatında qadın tennisçilərin karyerası ərzində inflyasiyadan sonra əldə etdikləri ən yüksək gəlirlərin siyahısını təqdim edib.

"Football-plus.az" xəbər verir ki, “Forbes”in reytinqinin lideri Serena Uilyamsdı - onun ümumi gəliri 139,99 milyon dollar olub.

Hesabat qadın tennisində gəlirlərin son illərdə sürətlə artdığını göstərir. 2024-cü ildə ilk “10-luğ”un ümumi qazancı 57,4 milyon dollar idisə, 2025-ci ildə bu rəqəm 71,3 milyon dollara yüksəlib.

Tarixi göstəricilərə görə, 1977-ci ildə Kris Evert bir mövsümdə 500 min dollar qazanan ilk qadın tennisçi olub. 1982-ci ildə Martina Navratilova 1 milyon dollar həddini keçən ilk idmançı kimi tarixə düşüb.

Arina Sobolenko da siyahıda irəliləyib: belaruslunun mövsümlük gəliri 15 milyon dolları keçərək onu ümumi reytinqdə 20-ci yerdən 10-cu yerə qaldırıb.

Chosen
88
football-plus.az

1Sources