EN

Gözlənilmədən final qərarı verildi

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyənin “Gold Film” şirkətinin istehsalı olan “Sakıncalı” serialı gözlənilmədən final qərarı ilə gündəmə gəlib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən həftə çəkilişləri dayandırılan serialın taleyi bu həftə yayımlanan reytinqlərlə müəyyənləşib.

3-cü bölümdən sonra reytinqin aşağı olması səbəbindən layihənin 5-ci seriyada final etməsinə qərar verilib.

Serial heyəti bu barədə bu gün məlumatlandırılıb.

Qeyd edək ki, serialın baş rollarında Özge Özpirinçci və Salih Bademci yer alıb. Bu onların birgə rol aldığı ikinci layihədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
76
2
qafqazinfo.az

3Sources