EN

Saray MTK-da təhlükəli hadisə: 14-cü mərtəbədə görülən işlər mənzilin tavanını uçurdu – VİDEO

Saray MTK-nın çox mərtəbəli yaşayış kompleksində ciddi təhlükə yaradacaq hadisə baş verib.

NOCOMMENT.az xəbər verir ki, kompleksin 9-cu binasının 15-ci mərtəbəsində aparılan işlər nəticəsində aşağıdakı mənzillərdən birinin tavanı uçub.

Hadisə zamanı beton qırıntıları birbaşa yataq otağındakı çarpayının üzərinə tökülüb. Xoşbəxtlikdən hadisə zamanı otaqda heç kim olmayıb. Mənzil sahibi bildirir ki, həmin an yataqda olsaydılar, nəticə ağır – hətta ölümcül ola bilərdi.

Daha ətraflı videoda:

 

Chosen
93
nocomment.az

1Sources