EN

Məşhur türk serialı gözlənilmədən final edir

Türkiyənin “Gold Film” şirkətinin istehsalı olan “Sakıncalı” serialı gözlənilmədən final qərarı verib.Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən həftə çəkilişləri dayandırılan layihənin davam edib-etməyəcəyi son reytinqlərlə müəyyənləşdirilib. 3-cü bölümdən sonra göstəricilərin kəskin şəkildə aşağı düşməsi səbəbindən serialın 5-ci seriyada final etməsi qərara alınıb. Serial heyəti bu barədə bu gün məlumatlandırılıb.

Qeyd edək ki, ekran işinin baş rollarını Özge Özpirinçci və Salih Bademci canlandırır. Bu, aktyor cütünün ikinci birgə layihəsidir.

Chosen
85
metbuat.az

1Sources