EN

Ceyhun Bayramov Vyanada rumıniyalı həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT Nazirlər Şurasının iclası çərçivəsində Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Nazirlər Azərbaycan-Rumıniya tərəfdaşlığını, xüsusən enerji təhlükəsizliyini, nəqliyyat əlaqələrini və daha geniş əməkdaşlıq sahələrini müzakirə ediblər.

Chosen
119
8
missiya.az

8Sources