EN

Azərbaycan qonşu ölkələrlə, xüsusən Rusiya ilə siyasi münasibətlərinin yaxşı olmasında maraqlıdır

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“Keçən il dekabr ayında “AZAL”-ın sərnişin təyyarəsi vurulduğu zaman sərt mövqeyimizi ortaya qoyduq. O zaman mən dedim ki, təyyarə qəsdən vurulub və bu hadisə Azərbaycana, Azərbaycanın siyasi rəhbərliyinə Rusiya tərəfindən xəbərdarlıqdır. Rusiya köhnə, ənənəvi imperiya siyasətindən əl çəkməyib. Bu siyasət bu gün də davam edir. Rusiyanın Ukrayna ərazisini işğal etməsi, bütün dünyaya qarşı meydan açması açıq-aydın göstərir ki, Rusiyanın mövcud siyasi rəhbərliyinin siyasətində dəyişiklik olmayacaq”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elşad Musayev danışıb. Deputat qeyd edib ki, bunu Azərbaycan da, Azərbaycanın əhalisi də nəzərə almalıdır.

Elşad Musayev

Elşad Musayev vurğulayıb ki, bizim Rusiya ilə münasibətlərimizin yaxşı olması üçün bizdən çox şey tələb olunmur: “Rusiyadan tələb olunur ki, siyasətini müəyyən qədər dəyişsin. Bizdən tələb olunan odur ki, biz vahid mövqe sərgiləyərək dimdik ayaqda durmalıyıq. Güclü olmaq məcburiyyətindəyik. İqtisadi və hərbi baxımdan güclü olmalıyıq ki, düşmənin təzyiqi qarşısında davam gətirə bilək.

Digər tərəfdən, biz qonşu ölkələrlə, xüsusən Rusiya ilə münasibətlərimizin yaxşı olmasında maraqlıyıq. Rusiya böyük dövlətdir. Orada xeyli azərbaycanlı yaşayır, iqtisadi əlaqələrimiz var. Biz bütün hallarda bu münasibətlərin yaxşı olmasında maraq göstəririk. Amma məsələnin heç də hamısı Azərbaycan tərəfindən asılı deyil”.

Deputat bildirib ki, bütün hallarda Rusiya Azərbaycan arasında bir soyuqluq müşahidə olunur. Elşad Musayev liderlər səviyyəsində müəyyən təmaslar olsa da, münasibətlərin tam qaydasına düşmədiyini qeyd edib.

“Biz gözləməli və hadisələrin gedişini izləməliyik. Bütün hallarda dövlətlərarası münasibətlərin normallaşmasının tərəfdarıyıq”-deyə Elşad Musayev vurğulayıb .

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
117
icma.az

1Sources