EN

Cənubi Afrika G20-də fəaliyyətini dondurdu

Cənubi Afrika Respublikası İyirmilik Qrupunda fəaliyyətinə 1 il müddətində fasilə verir.

"Ölkə.az" xəbər verir ki, məlumatı Cənubi Afrika prezidentinin sözçüsü Vinsent Maqvenya X hesabında açıqlayıb. Nümayəndə bildirib ki, CAR bu addımı G20-nin hazırkı sədri ABŞ-ın ölkəni dekabrın ikinci yarısına planlaşdırılan ilk G20 Şerpa görüşünə dəvət etməməsindən sonra atıb. Maqvenya əlavə edib ki, Pretoriya 2026-cı ilin dekabr ayında, G20 sədrliyi ABŞ-dan Böyük Britaniyaya keçdikdə aktiv G20 işlərinə davam edəcək: "Bir ildən sonra Böyük Britaniya G20 sədrliyini öz üzərinə götürəcək və biz bir daha dünya üçün həqiqətən vacib olan məsələləri mənalı və əsaslı şəkildə müzakirə edə biləcəyik."

ABŞ 1 dekabrda Cənubi Afrikadan sonra G20 sədrliyini öz üzərinə götürüb. Ötən həftə ABŞ Cənubi Afrika istisna olmaqla, bütün G20 ölkələrinə 15-16 dekabr tarixlərində keçirilməsi planlaşdırılan ilk Şerpa görüşündə iştirak etmək üçün dəvətnamələr göndərib.

Eyni zamanda ABŞ CAR-ın əvəzinə Polşanı 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək növbəti G20 sammitinə dəvət edib. Bloomberg-in məlumatına görə, bunu dövlət katibi Marko Rubio açıqlayıb.

Agentlik qeyd edir ki,  ABÅž PolÅŸa ilÉ™ tÉ™rÉ™fdaÅŸlığını yüksÉ™k qiymÉ™tlÉ™ndirir vÉ™ 1989-cu ildÉ™ VarÅŸava MüqavilÉ™sindÉ™n çıxdıqdan sonra VarÅŸava ilÉ™ uÄŸurlu É™mÉ™kdaÅŸlığını qeyd edir. Rubio hesab edir ki, bir vaxtlar DÉ™mir PÉ™rdÉ™ arxasında olan ölkÉ™ indi dünyanın É™n böyük iqtisadiyyatlarından birinÉ™ çevrilib vÉ™ "G20-dÉ™ öz layiqli yerini tutacaq".

Chosen
57
1
olke.az

2Sources