EN

Maşın bazarında ciddi problem yarandı Bunu etməyin, əks halda...

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

BYD şirkəti 2021–2023-cü il istehsallı 89 min ədəd “Qin Plus DM” hibrid avtomobilini batareya problemi səbəbilə geri çağırır. Qeyd olunur ki, səhv yığılmış batareya modulları avtomobilin çıxış gücünü məhdudlaşdıra, hətta ekstremal rejimdə tam elektrik rejimində hərəkəti dayandıra bilər. Sözügedən modelin Azərbaycanda da çox istifadə edilməsi sürücülər arasında təşviş yaradıb.

Bununla bağlı hansı risklər mövcuddur?

Globalinfo.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, Çində daxili bazar üçün istehsal olunan bəzi avtomobil modelləri geri çağırılır, amma bu, bizim üçün də ciddi narahatlıqdır:

“Çünki həmin modellərin böyük hissəsi ölkəmizə fərdi şəxslər tərəfindən paralel idxal yolu ilə gətirilib, hazırda Azərbaycanda aktiv şəkildə istifadə olunur. Bu maşınların əksəriyyəti – təxminən 90-95 faizi bu gün Bakıda taksi kimi fəaliyyət göstərir. Çində geri çağırılan avtomobillərin ümumi sayı 90 minə yaxındır və onların azı 5-10 mini artıq ölkəmizdədir. Bu da həmin nasazlıqların yerli yollarımızda təhlükə yaratması ehtimalını artırır. Qeyd edilən texniki problemlər birbaşa yol hərəkəti təhlükəsizliyinə təsir edə biləcək ciddi qüsurlardır”.

Eyyub Əliyev

Ekspert deyib ki, geri çağırılma kampaniyaları zamanı paralel idxal yolu ilə gətirilən avtomobillərə heç bir rəsmi bildiriş göndərilmir:

“Bu gün yaşanan vəziyyət də bunun real nəticəsidir. Qarşıdakı günlərdə geri çağırılan avtomobillərin siyahısını əldə edə bilsək, görərik ki, Çinin qeyd etdiyi 89 min avtomobilin əksəriyyəti artıq ölkəni tərk edib. Amma müxtəlif yerlərdə, o cümlədən Azərbaycanda istifadə olunur. Həmişə vurğulayırıq ki, avtomobili yalnız rəsmi dilerlərdən almaq lazımdır. Çünki belə təhlükəli hallarda rəsmi diler müştəri ilə əlaqə saxlayır, avtomobilə baxış keçirir, lazım gəldikdə təmir edir, detal dəyişir və ya avtomobili tam qaytararaq yenisi ilə əvəz olunmasını təmin edir. Təəssüf ki, paralel idxal vasitəsilə gətirilən avtomobillərdə bu proseslər mümkünsüzdür”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov qeyd edib ki, əgər vətəndaş avtomobili rəsmi dilerdən alıbsa və bu maşının istehsalçı zəmanəti varsa, onun üçün hər hansı bir risk yoxdur:

Eldəniz Cəfərov

“Maşın alan vətəndaş çox rahatlıqla onu rəsmi dilerə aparacaq və orada istehsalçının hesabına həmin detal dəyişdiriləcək, qüsur aradan qaldırılacaq. Ona görə də avtomobil sahibi əlavə xərc çəkməyəcək. Bu, yalnız rəsmi dilerdən əldə edilən və istehsalçı zəmanəti olan maşınlara aiddir. İstehsal zəmanəti olmayan, rəsmi dilerdən alınmayan maşınların sürücüləri isə avtomobillərində hansı qüsurların olub-olmadığını bilmirlər”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
40
globalinfo.az

1Sources