Bakı. Trend:
ABŞ Silahlı Qüvvələri Sakit Okeanın beynəlxalq sularındanarkotik daşıyan gəmini məhv ediblər.
Trend-in məlumatına görə, bu barədə ABŞ Cənub Komandanlığı "X"sosial şəbəkəsində yazıb.
"Kəşfiyyat gəminin narkotik daşıdığını və Şərqi Sakit Okeandanarkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət etdiyini təsdiqləyib.Gəmidə dörd narkotik terrorçusu var idi, onlar öldürülüb", - deyəbildirilib.