EN

Android 16 təqdim edildi Telefonlarda nə dəyişəcək?

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Google” şirkəti Android 16 istifadəçiləri üçün hazırlanmış və telefon istifadəsini daha da asanlaşdırmağı hədəfləyən yeniləmə paketini rəsmi olaraq təqdim edib.

Lent.az xəbər verir ki, süni intellekt texnologiyalarından güc alan bu xüsusiyyətlər istifadəçilərə daha şəxsi və daha nizamlı bir təcrübə vəd edir.

Yeniləmə sayəsində istifadəçilər uzun bildirişləri və qrup mesajlarını süni intellekt tərəfindən yaradılan xülasə şəklində görə biləcəklər.

Sistem həmçinin bildirişləri avtomatik şəkildə qruplaşdıracaq, önəmsiz olanları səssizə alacaq, vacib mesajları isə ön plana çıxaracaq.

İstifadəçilər ana ekranda tamamilə xüsusiləşdirilmiş və tematik loqolardan istifadə edə biləcəklər.

Bundan başqa, işıqlı moda sahib tətbiqləri məcburi şəkildə qaranlıq moda çevirə bilən genişləndirilmiş qaranlıq rejim funksiyası da sistemə əlavə olunub.

“Google”, uşaqların rəqəmsal təhlükəsizliyi üçün valideynlərə ekran vaxtını tənzimləmək və cihazın avtomatik sönməsini təmin edən taymerlər qurmaq imkanı verir.

Valideynlər tətbiq istifadəsinə nəzarət etməklə yanaşı, istədikləri zaman uşaqlarına telefon istifadəsi üçün uzaqdan əlavə vaxt da tanıya biləcəklər.

Bu yeni xüsusiyyətlər ilkin olaraq “Google Pixel” modelləri üçün təqdim edilib. Digər smartfon istehsalçılarının da bu funksiyaları öz modellərinə inteqrasiya etməsi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
lent.az

1Sources