EN

Lökbatanda yaşayış binasında yanğın olub, 4 nəfər ölüb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinəpaytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayışkompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verməsibarədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədardərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi RiskliXilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən doqquzmərtəbəli yaşayış binasınınyeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğıngenişlənməsinə, o cümlədən digər mənzillərə keçməsnə imkanverilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilinmətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb.Yanğın zamanı 4 nəfər həyatını itirib.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizəolunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyəolunub.

Chosen
26
33
az.trend.az

10Sources