Xırdalandan Bakı istiqamətində gələn qatarların hərəkətində gecikmə var.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.
Qeyd olunub ki, qatar 15 dəqiqədən çoxdur ki, gecikir.
“Nə baş verdiyi barədə sərnişinlərə məlumat verilməyib”, – deyə sərnişinlər bildirilirlər.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.