İsraildə yaşayan minlərlə ukraynalı qaçqın statusunu itirə və ayın sonunda deportasiya ilə üzləşə bilər.
"Unikal" xəbər verir ki, bu barədə İsrailin "Haaretz" qəzeti yazır.
Kütləvi deportasiya riski Rusiyanın 2022-ci ilin fevralında Ukraynada döyüşlərə başlamasından sonra hakimiyyət orqanlarının onlara verilən qrup müdafiəsinin uzadılıb-uzadılmaması ilə bağlı qərarını uzun müddət gecikdirməsi səbəbindən yaranıb.
Müharibədən sonra o vaxtkı daxili işlər naziri Ayelet Shaked İsraildə olan 20 min ukraynalı qaçqını müvəqqəti müdafiə edəcəyini açıqlamışdı. O, həmçinin 2022-ci ilin fevralından sonra ölkəsini tərk edən əlavə 5000 ukraynalı üçün müdafiə vəd edib. Lakin nazir həmin ilin sonunda istefa verib.
Gülayə Mecid