
Almaniya Hərbi Hava Qüvvələri, NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək və Rusiyanın hava məkanını pozma cəhdlərinə qarşı tədbir görmək məqsədilə Polşaya 150 hərbçi və bir neçə Eurofighter döyüş təyyarəsi göndərib.Ukraynanın Qara dənizdə Rusiyaya məxsus gəmiləri vurmasından sonra Avropa ilə Moskva arasında gərginlik yenidən artıb.Ulusum.az xəbər verir ki, (İLKHA) — İlke Haber Ajansı məlumatına görə, .Almaniya Müdafiə Nazirliyinin bildirir ki, pilotlar, texniki heyət, təhlükəsizlik işçiləri və hərbi polis daxil olmaqla, təxminən 150 nəfərlik bir qrup Polşada yerləşdirilib. Eyni zamanda, Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki Nörvenix Hərbi Hava Bazasında yerləşən bir neçə Eurofighter döyüş təyyarəsi Polşanın Malbork Hərbi Hava Limanına göndərilib.Açıqlamada bildirilir ki, bu yerləşdirmə Rusiyanın Baltik dənizi bölgəsindəki hava məkanını pozma cəhdlərinə və pilotsuz uçuş aparatlarının (PUA) NATO ərazisinə daxil olmasının qarşısını almaq məqsədi daşıyır. Almaniya tərəfindən göndərilən bu birliyin və təyyarələrin ilkin mərhələdə gələn ilin mart ayına qədər xidmət göstərəcəyi planlaşdırılır.R.Daşdəmirova
Diqqət Çəkənlər
Azərbaycanda yeni mükafat TƏSİS EDİLƏCƏK - Məbləği 50 min manat olacaq
Bakıda iki gün LEYSAN OLACAQ - XƏBƏRDARLIQ
Ceyranbatan Su Anbarından Evlərimizə Gələn Su Necə Təmizlənir?