EN

Si Tsinpin və Emmanuel Makron danışıqları başa çatdırıb

Pekin və Paris siyasi etimadı gücləndirməyə, əməkdaşlığı yeni sahələrə genişləndirməyə qəzrar veriblər..

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Tsinpin və Fransa prezidenti Emmanuel Makron Pekində keçirilən görüşdən sonra siyasi qarşılıqlı etimadın artırılması, praktiki əməkdaşlığın genişləndirilməsi və qlobal idarəetmənin təkmilləşdirilməsinə yönəlmiş səylərin dəstəklənməsi barədə razılıq əldə ediblər.

Si Tsinpinin açıqlamasına görə, tərəflər ənənəvi əməkdaşlıq sahələrində, aviasiya sənayesi, kosmos tədqiqatları və nüvə energetikası üzrə birgə fəaliyyətlərini davam etdirmək niyyətindədirlər. Bundan əlavə, Çin və Fransa “yaşıl iqtisadiyyat”, “rəqəmsal iqtisadiyyat”, biofarmasevtika və süni intellekt kimi yeni istiqamətlərdə əməkdaşlığı genişləndirməyə razılaşıblar. Həmçinin qarşılıqlı sərmayələrin artırılması və hər iki ölkənin şirkətləri üçün ədalətli, şəffaf, ayrı-seçkilikdən uzaq və proqnozlaşdırıla bilən biznes mühitinin təmin olunması məqsədi vurğulanıb.

Reuters-in məlumatına görə, Emmanuel Makron Çinə böyük biznes nümayəndə heyəti ilə səfər edib. Heyətə Airbus şirkətinin yüksək rəhbərliyi, Fransanın ən böyük bankı BNP Paribas, elektrik avadanlıqları istehsalçısı Schneider Electric, qatar istehsalçısı Alstom, eləcə də Fransanın iri südçülük və quşçuluq konsernlərinin rəhbərləri daxil idi. Buna baxmayaraq, dövlət başçılarının iştirakı ilə böyük ticarət sazişləri imzalanmayıb.

Mətbuat qeyd edir ki, aylardır Pekinlə müzakirə olunan böyük Airbus sifariş paketi barədə də heç bir məlumat verilməyib. Analitiklərin fikrincə, bunun səbəbi iki tərəfin hələ də iqtisadi balans və sənaye əməkdaşlığı üzrə danışıqları tam yekunlaşdırmamasıdır.

Poliqon.info

Chosen
58
poliqon.info

1Sources