EN

Britaniya Putini ölüm işində ittiham edir

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İngiltərə hökuməti 2018-ci ildə "Noviçok"la zəhərlənən və bu qəsd nəticəsində həlak olan Don Stercessin ölümündə Rusiya prezidenti Vladimir Putini ittiham edir. Böyük Britaniya Krallığı bildirir ki, Putin bu qətldə mənəvi məsuliyyət daşıyır.

Reyting.az-ın "Reuters" agentliyinə istinadla verdiyi məlumata görə, Böyük Britaniyada dərc olunmuş rəsmi hesabatda qeyd olunur ki, Sergey Skripalın zəhərlənməsi üçün istifadə olunan və "Nina Ricci" brendi

olan ətir flakonunda gizlədilən "Noviçok"u 44 yaşlı Stercess ehtiyatsızlıq ucbatından, bilmədən özünə sürtdükdən sonra həyatını itirib.

Baş vermiş müəmmalı ölüm hadisəsi ilə bağlı ekspert qismində danışan araşdırma qrupunun rəhbəri, Ali Məhkəmənin keçmiş hakimi Entoni Hyuz deyib ki, Skripalı məqsədli şəkildə qətlə yetirmək cəhdi ilə keçirilmiş bu əməliyyatın ən yüksək səviyyədə, yəni prezident Putin tərəfindən təsdiqlənməli olduğu aydın idi.

Hyuzun sözlərinə görə, Putinin birbaşa icazəsi olmadan məhvetmə əməliyyatı baş tutmazdı.

Hesabatda "Rusiyanın hücuma məsuliyyəti ilə bağlı tamamilə təkzibedilməz dəlillərin olduğu" vurğulanır.

Qeyd edək ki, Rusiya kəşfiyyatı tərəfindən həyata keçirilmiş bu zəhərlənmə əməliyyatında əsas şübhəlilər kimi Aleksandr Petrovla Ruslan Bəşirovun adı keçirdi.

Hesabatın dərcinə paralel olaraq Böyük Britaniya Rusiyanın Baş Kəşfiyyat İdarəsinə (QRU), bu idarənin 11 əməkdaşına qarşı yeni sanksiyalar tətbiq edib. Rusiya səfiri Andrey Kelin isə bu məsələ ilə bağlı Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Rusiya xüsusi xidmətinin əməkdaşı olmuş və 2006-cı ildə ikili casus ittihamı ilə həbs edilmiş, 2010-cu ildə Rusiya ilə İngiltərə arasındakı qarşılıqlı razılaşmaya əsasən digər casuslarla dəyişdirilən keçmiş kəşfiyyatçı Sergey Skripal və qızı 2018-ci ildə ilk dəfə zəhərlənsələr də, bir təsadüf nəticəsində sağ qalmışdılar. Dörd ay sonra isə Don Stercess həmin flakondan istifadə etdikdən sonra həyatını itirmişdi.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
52
reyting.az

1Sources