EN

"ING Group" 2025-2027-ci illər ərzində Azərbaycanda inflyasiya səviyyəsi ilə bağlı proqnozlarını verib

Bakı. Trend:

Niderlandın “ING Group”un qiymətləndirmələrinə görə, 2025 və2026-cı illərdə Azərbaycanda inflyasiya 5,7% səviyyəsindəgözlənilir.

Trend bu barədəqrupa istinadən xəbər verir.

Şirkətin proqnozlarına əsasən, 2027-ci ildə ölkədə inflyasiya8,9 faizə yüksələcək.

2026-cı il üzrə rüblük inflyasiya proqnozu aşağıdakıkimidir:

I rüb — 5,7%,

II rüb — 5,9%,

III rüb — 5,7%,

IV rüb — 5,7%.

ING Group 2025-ci ilin IV rübünün sonunda inflyasiyanın 5,8%olacağını gözləyir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 2025–2026-cıillərdə illik inflyasiyanın hədəf dəhlizi olan 4±2% hüdudlarındaqalacağını proqnozlaşdırır.

AMB-nin oktyabr proqnozunda 2025-ci il üçün inflyasiya 6%səviyyəsində qiymətləndirilir. Ayrı-ayrı amillərin bu göstəriciyətəsiri aşağıdakı kimidir:

AMB vurğulayır ki, bu proqnozların reallaşması həm daxili, həmdə xarici amillərin dinamikasından asılı olacaq.

Məqalədə:
Chosen
55
az.trend.az

1Sources