EN

Qazaxıstan bankı ən yaxşıların siyahısına düşüb

Reyting.az saytına istinadən ain.az xəbər verir.

Dekabrın 3-də İngiltərənin paytaxtı Londonda keçirilmiş "Bank of the Year Awards 2025" mərasimində "Halyk Bank" adlı Qazaxıstan bankı beynəlxalq "The Banker" nəşrinin bu il təqdim etdiyi versiya üzrə "Qazaxıstanın ən yaxşı vankı" seçilib. Jurnalın ekspertləri bildiriblər ki, bu, həm də dünyanın ən yaxşı bankları sırasında olmaq anlamına gəlir.

Reyting.az xəbər verir ki, bu mükafat bankların maliyyə göstəriciləri, strateji inkişafı, texnoloji həlləri, həmçinin müştəri xidmətlərinin keyfiyyəti əsasında müəyyən edilir.

Ekspertlərin fikrincə, belə mükafata sahib olmaq, nüfuzlu bir jurnal tərəfindən qiymətləndirilmək "Halyk Bank"ın davamlı artımından xəbər verir və Qazaxıstanla yanaşı, Mərkəzi Asiya regionunda bank xidmətlərinin inkişafında liderlik səviyyəsinin göstəricisidir.

"Halyk Bank"ın İdarə Heyətinin sədri Umut Şayahmətdova vurğulayıb ki, onların bankı ölkə iqtisadiyyatının maliyyələşdirilməsi və rəqəmsallaşma, eləcə də innovativ həllərin tətbiqində mühüm rol oynayır. İdarə Heyətinin sədri əlavə edib ki, bu mükafat bankın uzunmüddətli etibarlılıq və texnoloji liderlik strategiyasının nəticəsidir.

"Halyk Bank" təxminən 19 trilyon tengəyə yaxın aktivləri olan Qazaxıstanın ən böyük bankıdır və real sektor kreditləşməsinin 50 faizdən çoxunu təmin edir. Bu bankın 560-dan çox filialdan ibarət şəbəkəsi var. Beynəlxalq mükafata layiq görülən Qazaxıstan bankı Gürcüstan və Özbəkistanda da fəaliyyət göstərir.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
105
reyting.az

1Sources