EN

Açıq səhnələri ilə diqqət çəkmişdi, yayımlanmadan kinoteatrlardan çıxarıldı - FOTO

19 dekabrda kinoteatrlarda göstərilməsi planlaşdırılan, baş rolunda Beren Saatın yer aldığı "Gizli Profil" filmi qəfil qərarla nümayiş proqramından çıxarılıb.

Milli.Az xəbər verir ki, Caner Alper və Mehmet Binayın rejissoru olduğu, Beren Saat, Gamze Karaduman, Furkan Andıç və Yiğit Özşenerin rol aldığı film cəsarətli səhnələri ilə sosial mediada müzakirələrə səbəb olmuşdu.

Jurnalist Birsen Altuntaş bildirib ki, filmin kinoteatrlardan çıxarılmasının əsas səbəbi "hazırlıq işlərinin kifayət qədər tamamlanmaması" olub. Bununla bağlı yeni nümayiş tarixi hələlik açıqlanmayıb.

Qeyd edək ki, "Gizli Profil"də Beren Saat araşdırmaçı jurnalist Rengin obrazını canlandırır. 

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
33
50
milli.az

10Sources