EN

Yanğında ölən azyaşlılar bu məktəbin şagirdləri imiş ADLAR AÇIQLANDI

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın zamanı dörd nəfər həyatını itirib. Vəfat edən 4 nəfərdən 2-si azyaşlı olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, hadisədə həlak olan azyaşlılar Laçın rayon 29 saylı tam orta məktəbin şagirdləri olub.

Məlumata görə, həyatını itirən Yusifova Məryəm Əkrəm qızı məktəbin 1-ci sinif, Yusifov Yusif Əkrəm oğlu 4-cü sinif şagirdləridir.

Azyaşlıların anası 1998-ci il təvəllüdlü Zülfiyyə Yusifova da həyatını itirib. Uşaqların atası Əkrəm Yusifov isə yanğında xəsarət alıb, onun xəstəxanaya yerləşdirildiyi bildirilir.

Həyatını itirən şəxslərin Füzuli rayonundan olduğu qeyd olunub.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
35
7
modern.az

8Sources