EN

Rusiyada "Snapchat"-a girişə QADAĞA

Rusiyada onun vasitəsilə cinayətlərin törədildiyi əsas gətirilərək "Snapchat" tətbiqinə giriş qadağan edilib.

"Cebheinfo.az" xəbər verir ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Nəzarəti Xidmətindən ("Roskomnadzor") verilən açıqlamada, oktyabr ayından bəri "Snapchat"-da yaşanan giriş problemləri ilə bağlı qiymətləndirmələrə yer verilib.

Açıqlamada tətbiq vasitəsilə cinayətlərin törədildiyi iddia olunaraq bildirilib: “Snapchat ölkədə terror fəaliyyətlərini təşkil etmək və həyata keçirmək, cinayətkarları cəlb etmək, vətəndaşlarımıza qarşı dələduzluq və digər cinayətləri törətmək üçün istifadə olunur.”

Bu səbəbdən tətbiqə girişin qadağan edildiyi qeyd olunub.

Roskomnadzor eyni səbəbdən FaceTime tətbiqinə də girişin məhdudlaşdırıldığını açıqlayıb. Qurum daha əvvəl Facebook, X, TikTok, "YouTube" və "Instagram" kimi sosial media platformalarına da girişin məhdudlaşdırıldığını xatırladıb.

Chosen
19
cebheinfo.az

1Sources