EN

Hindistanın telekanalı Putin və Modinin iştirak etdiyi cizgi filmi YAYIMLADI – VİDEO

Hindistan telekanalında Putin və Modi ilə bağlı maraqlı cizgi filmi nümayiş etdirilib.

İnterpress.az xəbər verir ki, bu barədə “India Today” telekanalı məlumat yayıb. Rusiya və Hindistan liderləri motosikletdə dostluq mahnısı oxuyublar, fonda isə Tramp görünüb.

Hindistanın məşhur telekanalında Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modinin obrazlarının yer aldığı cizgi filmi yayımlanıb.

Animasiyada hər iki lider neft qüllələrinin yanından keçərək motosiklet sürür və Hindistanda məşhur olan dostluq mahnısını ifa edirlər.

Kadrlarda həmçinin ABŞ prezidenti Donald Tramp və yanacaqdoldurma məntəqələri də əks olunub.

Qeyd edək ki, bu gün Yeni Dehlidə Rusiya-Hindistan sammiti keçiriləcək. Tədbirdə hər iki ölkədən yüksək vəzifəli məmurlar və biznes nümayəndələri iştirak edəcəklər.

İştirakçılar arasında “Rosoboroneksport”, “Sberbank”, “Rosneft” və “Qazprom neft”in rəhbərlərinin də olacağı bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
20
1
interpress.az

2Sources