Bakı. Trend:
Niderlandın ING bank qrupu 2028-ci ilədək “Brent” markalı neftvə “Dutch TTF” təbii qaz qiymətləri üzrə yenilənmiş proqnozunutəqdim edib.
Trend xəbər verirki, analitiklərin qiymətləndirməsinə görə, 2025-ci ildə “Brent”neftinin orta-illik qiyməti bir barrel üçün 62 ABŞ dolları, “DutchTTF” qazının isə meqavatt-saata görə 35 avro təşkil edəcək.
2026-cı ildə Brent neftinin və Dutch TTF qazının ortaillikqiymətlərinin müvafiq olaraq bir barrel üçün 56,5 dollar vəmeqavatt-saata görə 31 avroya çatacağı proqnozlaşdırılır.
2027-ci ildə “Brent”in orta-illik qiymətinin bir barrel üçüntəxminən 61,75 dollar səviyyəsində qalacağı, Dutch TTF-inqiymətinin isə meqavatt-saata görə təxminən 26,25 avroya düşəcəyigözlənilir.
Xüsusi olaraq, 2025-ci ilin dördüncü rübündə “Brent”in qiymətibir barrel üçün 62 dollar səviyyəsində proqnozlaşdırılır. Dutch TTFüzrə isə 2025-ci ilin dördüncü rübündə kotirovkalarınmeqavatt-saata görə 35 avro olacağı gözlənilir.