EN

21 yaşlı qadın doğuş zamanı öldü

Bakıda gənc qadın doğuş zamanı həyatını itirib.

"Yeni Sabah" xəbər verir ki, hadisə 2 gün əvvəl, günorta saatlarında Abbas Mirzə Şərifzadə küçəsində yerləşən tibb müəssisəsində qeydə alınıb.

Qazax rayonundan olan 2004 doğumlu Lalə Süleymanovanın vəziyyəti doğuş prosesində qəfil ağırlaşıb və bu da onun həyatını xilas etməyə imkan verməyib.

Baş verənlərlə bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma davam etdirilir.


Telegram kanalımız
Chosen
29
4
yenisabah.az

5Sources