EN

Yanğında ölənlərdən FOTOları

Lökbatan qəsəbəsinin "Qobu Park-1" yaşayış massivində baş verən yanğında ölən 4 nəfərin adları məlum olub.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə zamanı ölən şəxslər ana, 2 övladı və qonşu olub.

Onların adlarını təqdim edirik: Zülfiyyə Yusifova (1998), Yusif Yusifov (2016), Məryam Yusifova (2019) və Yusif Hüseynov (1953).

Xatırladaq ki, Y.Hüseynov qonşu evdən kömək etmək üçün içəri daxil olarkən tüstüdən boğularaq həyatını itirib. 

Qeyd edək ki, yanğın zamanı 4 nəfər də xəsarət alıb. Onlardan 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilib.1 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.

Milli.Az

Chosen
3
12
milli.az

10Sources