Bu gün ABŞ-nin paytaxtı Vaşinqtonda futbol üzrə Dünya Çempionatı-2026-nın püşkü atılacaq.
Modern.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf də püşkatma mərasimində iştirak edəcək.
Dünya Çempionatı 2026-cı ilin 11 iyun – 19 iyul tarixləri aralığında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.
Vaşinqtonda təşkil olunacaq bugünkü püşkatma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.