EN

"Sevgilim var, amma ailə qurmağı düşünmürəm" - Aysundan etiraf

"Həyatımda biri var amma üçüncü dəfə ailə qurmağı düşünmürəm".
 
Bunu müğənni Aysu İsmayılova deyib.
 
"Tarixin bir günü" verilişində şəxsi həyatından danışan Aysun sevgilsi olduğunu etiraf edib:
 
"Şəxsi həyatımda mənə ilham verən, məni xoşbəxt edən biri var. Amma üçüncü dəfə ailə qurmağı düşünmürəm. Anamın yanında bu şeyləri danışmaq ayıbdır. Amma çox xoşbəxtəm" deyə bildirib.
 
Aysunun bu sözlərindən sonra anası Rəqsanə İsmayılova "Ailə qurmasalar da, elə ailə kimidirlər" deyərək qızının münasibətini dəstəklədiyini bildirib.
 
 

Chosen
84
7news.az

1Sources