EN

Ukrayna Temryuk limanını vurdu

Dekabrın 5-nə keçən gecə Ukraynaya məxsus pilotsuz təyyarələr Temryuk limanına hücum edib.

XəzərNews.az xəbər verir ki, məlumatı Krasnodar diyarının operativ qrupu yayıb.

"Yanğın baş verib. İlkin məlumata görə, tələfat yoxdur, şəxsi heyət təxliyə edilib", - operativ qrup öz Telegram kanalında bildirib.

Açıqlamada o da qeyd olunub ki, yanğının söndürülməsi üçün 32 mütəxəssis və 8 texnika cəlb olunub.

Limandakı qaz terminalı yanıb.

Temryuk dəniz limanı Azov dənizinin Temryuk körfəzində yerləşir. O, Mechel Group-a məxsusdur. Limanın saytında onun əsas fəaliyyət istiqamətlərinin “ümumi, toplu (taxıl və inert daxil olmaqla) və maye yüklərin daşınması, habelə istehsal və anbar obyektlərinin icarəyə verilməsi” olduğu bildirilir.

Rusiyanın cənubunda Temryuk mayeləşdirilmiş neft qazının (LPG) əsas ixrac limanıdır. Xarici bazarlara da neft yükləri göndərir.

Rusiya Müdafiə Nazirliyinin hesabatına görə, hava hücumundan müdafiə qüvvələri bir gecədə Ukraynaya məxsus 41 sabit qanadlı pilotsuz uçan aparatı “ələ keçirib və məhv edib”. Bunlardan 9-u Samara vilayəti, 8-i Saratov vilayəti, 7-si Volqoqrad və Rostov vilayətləri, biri Krasnodar vilayəti və 9-u işğal olunmuş Krım üzərində olub.



Xəbər 4 dəfə oxunub.
Chosen
41
xezernews.az

1Sources