EN

Beyləqanda İKT İşçilərinin Peşə Bayramı Qeyd Olundu

Beyləqanda

Ulusum.az xəbər verir ki, 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra tədbir Beyləqan Rayon Gənclər Evində davam edib. RİH başçısı Əziz Əzizov çıxışında İKT sektorunun ölkənin iqtisadi gücünün və rəqəmsal inkişafının əsas dayaqlarından biri olduğunu vurğulayaraq əməkdaşları peşə bayramı münasibətilə təbrik edib.“Aztelekom” MMC-nin Cənub–Şirvan Regional Filialının Beyləqan rayon şöbə müdiri Şəmistan İbrahimov rayonda rabitə infrastrukturunun yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işlərlə bağlı məlumat verib.Sonda rabitə və informasiya texnologiyaları sahəsində çalışan bir qrup əməkdaş Beyləqan RİH başçısının Fəxri Fərmanı ilə təltif olunub.R.Daşdəmirova

Diqqət Çəkənlər

Qaradağda dəhşətli yanğın: 4 nəfər həyatını itirdi - 4 nəfər öldü VİDEO

Qotur təhlükəsi: Səpgilər varsa, antibiotik yox – düzgün diaqnoz vacibdir!

Azərbaycanda yeni mükafat TƏSİS EDİLƏCƏK - Məbləği 50 min manat olacaq

Chosen
19
ulusum.az

1Sources