EN

Əmək Məcəlləsinə "Ailə vəzifələri olan işçi" anlayışı daxil edilir

Əmək Məcəlləsinə "Ailə vəzifələri olan işçi" anlayışı daxil edilməsi nəzərdə tutulur.

"Unikal" xəbər verir ki, bu, Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilmiş iclasında müzakirə edilib.

Ailə vəzifələri olan işçi – tibbi rəyə əsasən qulluq və ya köməyə ehtiyacı olan ailə üzvünə (ərinə/arvadına, valideynlərinə, övladlığa götürənlərə, uşaqlarına, o cümlədən övladlığa götürülən uşaqlara) və qəyyumluğunda (himayəsində) olan digər şəxslərə, həmçinin himayədar ailə (valideyn) olaraq ona verilmiş uşağa qulluq (köməklik) göstərilməsi ilə əlaqədar əmək fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək və ya işdə irəli çəkilmək imkanları məhdudlaşan işçidir.

Chosen
23
1
unikal.az

3Sources