EN

Azərbaycan TDT-nin əmək və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafını müzakirə edib

Bakı. Trend:

Noyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli ƏsədovBakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərinəmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasınıniştirakçıları ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə TDT-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiənazirlərinin birinci iclasının əhəmiyyəti vurğulanıb.

TDT-yə üzv ölkələr arasında müxtəlif sahələrdə qarşılıqlıfaydalı əməkdaşlığın qurulduğu məmnunluqla qeyd olunub.

Azərbaycanın sədrliyi çərçivəsində təşkilatın öz inkişafınıdavam etdirəcəyinə və beynəlxalq müstəvidə nüfuzunu daha daartıracağına əminlik ifadə olunub.

Azərbaycanın əmək və məşğulluq sahəsində dövlət siyasəti, ölkədəaparılan ardıcıl sosial islahatlar barədə söhbət açılıb. Bildirilibki, innovativ iqtisadiyyatın yaradılması, əmək məhsuldarlığınınyüksəldilməsi və sosial rifahın artırılması Azərbaycan Prezidentiİlham Əliyev tərəfindən dövlət siyasətinin strateji məqsədi kimimüəyyənləşdirilib.

Görüşdə Türk dövlətləri arasında əmək, məşğulluq və sosialmüdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirəolunub.

Məqalədə:
Chosen
31
22
az.trend.az

10Sources