Şuşa. Trend:
Şuşa şəhərində Ekoloji məsələlər üzrə İşçi qrupunun növbətiiclası başlayıb.
Trend-inQarabağ bürosunun xəbərinə görə, bu gün Şuşa şəhərində işğaldanazad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydadahəll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdindəfəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrəİşçi qrupunun növbəti iclası keçirilir.
İclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarınınnümayəndələri, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl,Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Xocavənd rayonlarında vəXankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusinümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetməXidmətlərinin nümayəndələri iştirak edir.
İclasda İşçi qrup üzvləri və dəvət olunan digər qurumlarınnümayəndələri tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadirayonlarında infrastruktur layihələri həyata keçirilərkən vəyaşıllıqların götürülməsi zamanı ekoloji tələblərin icra vəziyyəti,yer təkindən istifadə sahəsində görülən işlər, filiz, qeyri-filiz,şirin və termal mineral su yataqlarının, kəhrizlərin mövcudvəziyyəti və onlardan istifadə perspektivləri, təhlükəsiz bərktullantıların idarə olunması ilə bağlı görülmüş işlər və bu sahədəidarəetmənin təkmilləşdirilməsi haqqında, bu ərazilərdə ekolojipozuntuların qarşısının alınması istiqamətində görülən işlərhaqqında iclas iştirakçılarına məlumat veriləcək. İclasda iştirakedən digər qurumların nümayəndələri tərəfindən infrastrukturlayihələri həyata keçirilərkən ekoloji icazələrlə bağlı qaldırılanməsələlər və müvafiq qurumlar arasında kommunikasiyanıngücləndirilməsi, fəaliyyətin əlaqələndirilməsi məqsədiləƏlaqələndirmə Qərargahı tərəfindən verilmiş tapşırıqların icrasıilə bağlı məsələlər müzakirə ediləcək.
Xəbər yenilənəcək