EN

Röyanın bu etirafı aranı qarışdırdı Siyahıda başqaları da var

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Bəzi tanınmış simaların tez-tez ev alması cəmiyyətdə narazılıq doğurur. Düşünülür ki, bu, bazarda süni bahalaşma yaradır. Xalq artisti Röya Ayxanın “2-3 aydan bir ev alıram” açıqlaması da belə müzakirələri yenidən alovlandırıb.

İmkanlı şəxslərin kütləvi şəkildə ev alması Azərbaycanda mənzil qiymətlərinin artmasına səbəb ola bilərmi?

Globalinfo.az-a danışan əmlak eksperti Mülkədar Rüstəmov deyib ki, bu, tamamilə yanlış düşüncədir:

“İncəsənət adamları, əsasən müğənnilər, aktyorlar daha çox göz önündədir, buna görə də vətəndaşlar bəzən psixoloji olaraq qəzəblərini onlara yönləndirirlər. Halbuki imkanlı şəxslər arasında biznesmenlər, müxtəlif sahələrdə vəzifə sahibi olan insanlar da yatırımlar edirlər. Mənzil almaq isə ən etibarlı və ən təhlükəsiz investisiya sayılır. Bu, iqtisadiyyat və biznes üçün tamamilə normal addımdır, qeyri-adi heç nə yoxdur. Məsələn, elə insanlar var ki, 15-20 mənzili var. Necə olur ki, Moskvada və Rusiyanın müxtəlif şəhərlərində yaşayan həmyerlilərimiz hər il üç-beş mənzil ala bilir, amma müğənnilərin və incəsənət adamlarının mənzil alması kimlərəsə qəribə görünür? Bu, doğru yanaşma deyil. Kim nəyə qadirdirsə, qazancını necə əldə edirsə, pula ən uyğun yatırımı da edir. Mən bunu yalnız qısqanclıq kimi dəyərləndirirəm”.

Mülkədar Rüstəmov

Ekspertin sözlərinə görə, yaxşı gəliri olan insan pulunu ən etibarlı sahəyə yönləndirir:

“Buna görə də mənzil alaraq kirayə verirlər. Bilirsiniz ki, daşınmaz əmlak illik təxminən 10 faiz gəlir gətirir. Məsələn, 100 min manata alınan bir mənzil növbəti il artıq 110-112 min manat dəyərində olur. Bu tipli müzakirələri isə əsassız və məntiqsiz hesab edirəm. Hər ölkədə, xüsusilə də bizim regionda, məsələn, Türkiyədə və Azərbaycanda şou-biznes nümayəndələri, yüksək gəlirli şəxslər ən çox daşınmaz əmlaka yatırım edirlər. Mən də bəzi müğənnilərin əmlak işlərini görürəm və bu, tamamilə normal haldır. Hər bir incəsənət adamının bir neçə əmlakçısı olur və onlar həmin mütəxəssisin məsləhəti ilə hərəkət edirlər”.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
70
globalinfo.az

1Sources