ABŞ NATO-nun daim genişlənən ittifaq kimi qəbul edilməsini dayandırmasını istəyir.
Teleqraf xəbər verir ki, bu, Ağ Ev tərəfindən açıqlanan ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında bildirilib.
Sənəddə deyilir: “Bizim Avropaya dair genişmiqyaslı siyasətimiz NATO-nun daim genişlənən bir ittifaq kimi qəbul edilməsinə son qoymağa və bu reallığın qarşısını almağa üstünlük verməlidir”.