EN

Aeroport yolunda sürücüləri təhlükə gözləyir Maşını bu hala salır AYDA işə qarışdı

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Aeroport yolu istiqamətində asfalt örtüyünün müəyyən hissəsində iri və dərin çala əmələ gəlib. Yolun bu vəziyyəti sürücülərin normal hərəkətinə ciddi mane olmaqla yanaşı, qəza ehtimalını da xeyli artırır. Xüsusilə gecə saatlarında və yüksək sürətlə hərəkət edən nəqliyyat vasitələri üçün həmin çala təhlükə yaradır.

Aeroport yolundan istifadə edən sürücülərdən biri vəziyyəti mobil telefonla qeydə alaraq sosial şəbəkədə paylaşıb. Onun sözlərinə görə, çalanın üzərindən keçərkən avtomobilinin təkərinə ciddi ziyan dəyib. “Gecə vaxtı kim gəlib ora düşsə adam sağ qalar?” – deyə irad bildirib.

Məsələ ilə bağlı Avtosfer.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, tezliklə əraziyə baxış keçiriləcək: “Həmin qurğunun hansı quruma aid olduğu ilə bağlı araşdırma aparılacaq və həmin quruma məlumat veriləcək ki, problemi aradan qaldırsın”.

Nurcan Babək

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
52
1
avtosfer.az

2Sources