EN

Ərizəsini geri götürməsi üçün Abbasa bu qədər pul ödənilib

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Təranə gələn il yaya qədər azadlığa çıxacaq".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova "Tarixin bir günü" proqramında deyib. O, Təranədən şikayətçi olan qızı Suelin atası, musiqiçi Abbas Səfərovun ərizəsini geri götürdüyünü bildirib.

"Suel mənim ailəmin yanında idi, indi də bizimlədir. O biri qızı isə uşaq evindədir. Gedib onu da görəcəyəm. Mən Abbasdan onunla bağlışikayəti geri götürmə sənətini aldım. Təranə yaya qədər, bəlkə də daha tez azadlığa çıxacaq. Çıxsın, əlimizdən gəldiyi qədər yanında olacağıq" deyə, Rəqsanə əlavə edib. 

Bildirilib ki, Rəqsanə Abbasa 2500 manat ödəyib. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il azadlıqdan məhrum edilib. Buna səbəb isə T.Səmədovanın qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasim Həsənovla birgə Abbasın fotoşəkillərini əldə edib, onu yaymaqla hədələyib, pul alması olub. 

Əlavə edək ki, T.Səmədovanın qızı Suelin atası Abbasdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
37
5
axsam.az

10Sources