EN

Əvvəllər quldurluq etdiyi üçün məhkum olunmuş şəxs bu dəfə narkotiklə saxlanılıb VİDEO

Bakı, 5 dekabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin Abşeron rayonunda qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat zamanı əvvəllər quldurluq cinayətinə görə məhkum olunmuş 37 yaşlı Etibar Həsənov saxlanılıb. Ondan 22 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisində narkotiklərin satışını və qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

E.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Chosen
84
23
azertag.az

10Sources